Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

QMİ sədri: “Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər İslama qarşı soyqırımdır”

16 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər İslama qarşı soyqırımdır”.

Press.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub və bunu bir daha dünyaya bəyan edir: “Çünki Ermənistan bizim 20 faiz torpağımızı 30 il ərzində işğal altında saxlayıb. Orada məhv edilən məscidlərimiz, qəbiristanlıqlarımız, minalanmış torpaqlarımız islamofobiyanın təzahürüdür. İkinci Dünya müharibəsində belə torpaqlara, mədəni və dini irsə bu qədər zərər verilməmişdi”.

“Hesab edirəm ki, iki gündür Bakıda keçirilən konfrans təkcə bizim üçün yox, bütün İslam dünyası üçün əhəmiyyətlidir”, - A.Paşazadə vurğulayıb.

Oxşar xəbərlər
OTACI