Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Mənzil Məcəlləsi tamamilə yenilənməlidir”

07 Dec 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Deputat Zahid Oruc Mənzil Məcəlləsinin tamamilə yeniləndirilməsi, dəyişdirilməsi təklifi ilə çıxış edib.

O, xüsusilə qeyd edib ki, Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməli və asanlaşdırılmalıdır: “Biz artıq Sovet dövründə yaşamırıq. O zamanlar xüsusilə, Bakı şəhərində qeydiyyat məsələsi çox ağır idi. Ona görə indi bu məsələdə də yüngülləşdirici addımlar atılmalıdır. Konkret olaraq, qanunvericiliyə, Mənzil Məcəlləsinə ciddi yeniliklər, dəyişikliklər edilməlidir. Məsələn,qeydiyyat məsələsi vətəndaşın yaşayış yeri üzrə aparılmalıdır. Yəni, onun yaşadığı mənzili dərhal onun adına sənədləşdirməmək də olar. Əsas odur ki, qeydiyyat proseduru sadələşdirilsin, sonra digər addımlar atılsın”

Qafqazinfo

Oxşar xəbərlər
OTACI