Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sərt karantin zamanı COVID xəstələrini “satan” tətbiq indi daha faydalı oldu: Hətta ambulans çağıra bilərsiniz

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“e-Tabib” mobil tətbiqi yenilənib və əlavə funksiyalarla zənginləşib.

Press.az APA-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar İdarəsinin şöbə müdiri Nicat Kərimov məlumat verib. O qeyd edib ki, tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diaqnozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər:

“Artıq vətəndaşlar tibb müəssisələrinə müraciətləri tətbiq vasitəsi qiymətləndirə biləcəklər. Bunun çox müsbət nəticələri var. İTS və TƏBİB tərəfindən həmin tibb müəssisələrinin və tibb işçilərinin fəaliyyəti qiymətləndiriləcək. Məqsədimiz elektron tibbi xidmətləri vətəndaşlara daha əlçatan etməkdir. Tibbi xidmətin təşkilində, keyfiyyətin artırılmasında rəylərimizi bildirməkdir”.

O qeyd edib ki, tətbiqin ən vacib funksiyalarından biri laborator analiz nəticələrinin əldə edilməsidir:

“Vətəndaşlar tibb müəssisələrində, xüsusilə TƏBİB-in tabeliyindəki müəssisələrdə laborator analiz verdikdən sonra nəticəni tətbiqlə izləyə biləcəklər. Bununla yanaşı, tibbi sənədlərlə bağlı da funksionallıqlar əlavə olunub. Tətbiqdə həmçinin agentliyə müraciət bölməsi var ki, vətəndaşlar oradan da müraciət edə bilərlər. Artıq tətbiqə qoşulmaq üçün blutuzun açılmasına ehtiyac yoxdur. Bu şərt koronavirus vaxtı xəstə şəxslərin yerini müəyyənləşdirmək üçün var idi”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar İdarəsinin rəisi Ramil Mehdiyev isə deyib ki, tətbiq təkmilləşdirilərək icbari sığorta ilə bağlı imkanlar da əlavə edilib:

“Üç il bundan əvvəl istifadəyə verilmiş tətbiqdən vətəndaşlar istifadə etməyə başlayıblar. Hələ o dövrdə istər məcburiyyətdən, istərsə də sadəcə, gərəkli olması səbəbilə tətbiqin bir milyondan artıq yüklənməsi var idi. Buna görə tətbiqi təkmilləşdirərək vətəndaşlara təqdim etməyə qərar verdik. Təkmilləşdirmə işlərindən sonra da tətbiqdən istifadə sayı artmaqdadır”.

Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov əlavə edib ki, “e-Tabib” tətbiqi ilə təcili tibbi yardım maşınının məkana çağırılması nəzərdə tutulub.

Oxşar xəbərlər
OTACI