Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-nin İT şirkətindən yenilik: Fotonu göstərin, yemək bişirməyə kömək etsin

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-nin İT şirkəti “OpenAI” generativ süni intellektə malik dil modelinin yeni versiyası olan “GPT-4”ü rəsmən təqdim edib. Əvvəlki versiya “GPT-3.5”dən fərqli olaraq, “GPT-4” təkcə mətni deyil, həm də şəkilləri başa düşməyi bacarır.

Qeyd edilir ki, “GPT-4” performansındakı irəliləyiş onun testlərdən və imtahanlardan keçməsində də görünür, bəzilərində süni intellekt 100-dən 90%-ni və ya daha çoxunu qazanıb.

“GPT-4” əməliyyatına bir nümunə gətirək; istifadəçi inqrediyentlərin şəklini yükləyir, onlardan nə bişirilə biləcəyi ilə bağlı təkliflər soruşur və mümkün yeməklərin siyahısını əldə edir. Sonra sual verə və resept əldə edə bilərsiniz.

Oxşar xəbərlər
OTACI