Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

250 minlik bağ evi ilə gündəmə gələn Nəfəsin sponsoru kimdir? - VİDEO

14 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müğənni Nəfəs növbəti açıqlaması ilə diqqətləri üzərində cəmləyib.

Press.az bildirir ki, sənətçi "Maqazin plyus" verilişində müsahibəsində sənətdə ona dəstək olan sponsorundan söz açıb.

"Sponsorunuz kimdir?" sualına Nəfəsin cavabı belə olub:

"İstərdim ki sponsorumun kimliyinin adını çəkim, deyim. Bizim aləmdə sponsor deyəndə çox pis baxırlar. Əgər dırnaqarası "sponsor" deyilirsə, sponsorum yoxdur".

Müğənni, həmçinin bir müddət əvvəl 250 min manata sahibləndiyi bağ evindən də danışıb:

"O bağ evini mənə heç kim almayıb. Özüm almışam. Çox istərdim ki, deyim ki, o bağ evini mənə həyat yoldaşım alıb. İnanın, o qədər buna ehtiyacım var. Mən də bir xanımam, bir bəy tərəfindən qürurlanmaq istəyirəm. Bir bəyi ortalığa çıxarıb, bu da mənim "aşım"dır demək istəyirəm. Amma yoxdur".

 

Oxşar xəbərlər
OTACI