First slide

Ötən ay bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

14 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

Press.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində qeydə alınıb.
Ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunub.

Oxşar xəbərlər
OTACI