Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tahir Rzayev: “Azərbaycanda su çatışmazlığı ciddi problemə çevrilib”

14 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bütün dünyada olduğu kimi, Azərbaycanda da su çatışmazlığı ciddi problemə çevrilib.

Press.az “Report”-a istinadla  xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev bildirib.

“Kür çayı bəzi ərazilərdə artıq quruyub, çayda demək olar ki, su yoxdur. Nəinki Kürdə, hətta Arazda da su yoxdur. Bunun da bir neçə səbəbi var. Səbəblərdən biri iqlim dəyişikliyidir. Digər səbəblər isə ölkədə əkin sahələrinin artırılması, eləcə də əhalinin sayının artmasıdır. Yayda pambıq və digər bitkilərin suvarılmasında ciddi problemlər olur. Əgər əvvəllər ölkədə 40-50 min hektarda pambıq əkilirdisə, indi 100 min hektardan çox sahədə pambıq əkilir. Digər kənd təsərrüfatı məhsullarının da əkini çoxdur. Son illər əhali də sürətlə artır. Bəla həm də odur ki, biz sudan qənaətlə istifadə etmirik. Müasir suvarma texnologiyaları tətbiq olunur”, - deyə o qeyd edib.

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da su çatışmazlığı ciddi problemə çevrilib”.

Press.az “Report”-a istinadla  xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev bildirib.

“Kür çayı bəzi ərazilərdə artıq quruyub, çayda, demək olar ki, su yoxdur. Nəinki Kürdə, hətta Arazda da su yoxdur. Bunun da bir neçə səbəbi var. Səbəblərdən biri iqlim dəyişikliyidir. Digər səbəblər isə ölkədə əkin sahələrinin artırılması, eləcə də əhalinin sayının artmasıdır. Yayda pambıq və digər bitkilərin suvarılmasında ciddi problemlər olur. Əgər əvvəllər ölkədə 40-50 min hektarda pambıq əkilirdisə, indi 100 min hektardan çox sahədə pambıq əkilir. Digər kənd təsərrüfatı məhsullarının da əkini çoxdur. Son illər əhali də sürətlə artır. Bəla həm də odur ki, biz sudan qənaətlə istifadə etmirik”, - deyə o qeyd edib.

Oxşar xəbərlər
OTACI