Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

14 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

Bu barədə "Report"a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallar zamanı çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə şərti çağırış üzrə dərhal hadisə yerinə çatıb, xüsusi alət və avadanlıqlar vasitəsilə bağlı qapını açaraq “halsız vəziyyətdə olan vətəndaşı xilas edib, həmçinin aşkar olunmuş meyiti aidiyyəti üzrə təhvil veriblər”.

Təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər
OTACI