Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağ düyünün FAYDALARI

13 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Düyü zəngin karbohidrat mənbəyidir.

Press.az xarici mediaya istinadən məlumat verir ki, ağ düyü vaxtaşırı qida rasionuna daxil edilməlidir, çünki bir sıra faydalı xüsusiyyətlərə malikdir.

Dietoloq Loren Manakerin dediyinə görə, məhsulun tərkibində sümük sağlamlığı üçün çox faydalı olan manqan var. O, həmçinin orqanizm üçün “yanacaq” sayılan çoxlu miqdarda karbohidratların mənbəyidir. Tez-tez düyü istehlakı enerjini bərpa etməyə kömək edir, letargiyanı azaldır.

Bundan əlavə, ağ düyünün bir çox sortları B vitaminləri ilə zənginləşdirilmişdir ki, bu da bədəndəki enerjinin lazımi səviyyədə olmasına məsuldur.

Bununla belə, metabolik sindromla - piylənmə ilə əlaqəli metabolik pozğunluqla qarşılaşmamaq üçün ondan sui-istifadə etməməlisiniz.

lent.az

Oxşar xəbərlər
OTACI