Azərbaycanda 16 yaşlı qızın ərə verilməsi ilə bağlı yeni təfərrüat bəlli olub.
Press.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən oxu.az-a bildirilib ki, ailə üzvləri iddiaları təkzib edərək ailənin digər övladının sənədini təqdim etməklə dövlət orqanlarına yanlış məlumat veriblər.
“Hazırda araşdırma davam etdirilir”, - açıqlamada qeyd olunur.
***
12:16
Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.
Press.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-a bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:
“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.