Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Suyun qrafiklə verilməsi müvəqqətidir - "Azərsu"

13 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıətrafı qəsəbələrə suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır.

Press.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov deyib.

“Bizim su ehtiyatlarımız adətən mart-aprel aylarında qarların əriməsi ilə arta bilir. Normal su ehtiyatı olarsa, qrafikdə yumşaq rejimə keçilə bilər. Suyun sərt qrafik rejimində verilməsi təkcə Kür çayının suyunun azalması ilə bağlı deyil. Kürdən Bakıya gündəlik 900 litr su gəlir. Biz digər mənbələr hesabına - Oğuz-Qəbələ, Ceyranbatan və Şollar kəmərləri vasitəsilə Abşeron yarımadasını su ilə təmin edirik. Dünyanın bütün ölkələrində belə hallarda sərt rejimə keçirilir. Bu, fəaliyyətə deyil, təbiətə bağlı məsələdir”, - qurum rəsmisi bildirib.

E.Məmmədov qeyd edib ki, qrafikin saatları sakinləri qane etmirsə, o zaman onun dəyişdirilməsinə baxıla bilər.

Oxşar xəbərlər
OTACI