Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağstafada narkotik satan şəxslər tutulublar

13 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, Ağdaş rayon sakini Elşən Şirinov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. E.Şirinovun sərnişin qismində əyləşdiyi avtomobilə baxış keçirilən zaman qara rəngli çantadan 1 kiloqram 120 qram narkotik maddə olan “heroin” və 2 kq-dan artıq olan marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan “heroin”, yaşadığı evdən isə marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. // press.az 

Oxşar xəbərlər
OTACI