Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna Baş Qərargahı: “Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir”

13 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiya məhbus qadınları Donetsk vilayətindəki döyüşlərə cəlb edir”.

Press.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, böyük şəxsi heyətin itkiləri fonunda Rusiya alternativ canlı qüvvə axtarır:

“Ölən məhbusların qatarlarla Donetsk vilayətinə doğru hərəkəti qeyd edilib. Vaqonlardan birində məhkum qadınlar var".

Məlumatda, həmçinin bildirilib ki, müdafiə qüvvələrinin aviasiyası gün ərzində düşmənin zenit-raket kompleksinə, eləcə də qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 6 zərbə endirib:

“Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 2 əraziyə, həmçinin 2 döyüş sursatı anbarına və yanacaq-sürtkü materialları anbarına zərbələr endirilib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

 

Oxşar xəbərlər
OTACI