Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ucarda dəmiryolu stansiyasında komada olan yaralı şəxs tapılıb

13 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ucarda dəmiryolu stansiyasında koma vəziyyətində olan yaralı şəxs tapılıb.

APA-nın xəbərinə görə, bu gün səhər saatlarında bir nəfər şəxsin dəmiryolu stansiyasında yaralı və huşsuz vəziyyətdə olması ilə bağlı Ucar Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət olunub. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, koma vəziyyətində olan şəxs, Göyçay rayonunun Çərəkə kənd sakini, 1990-cı il təvəllüdlü Samir Faiq oğlu İbrahimovdur.

Həkimlər S.İbrahimovun vəziyyətinin ağır olduğunu deyirlər. Zərərçəkənin hansı səbəbdən belə bir duruma düşməsi barədə hələlik dəqiq məlumat yoxdur.

Fakt araşdırılır.

Oxşar xəbərlər
OTACI