Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Təhsilin inkişafında incəsənətin rolunun artması” layihəsinin növbəri tədbiri oldu - FOTOLAR

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsildə gənclərin incəsənətə həvəsi, bu sahədə maraqlarının təmin olunması məqsədilə həyata keçirilən layihələr öz bəhrəsini verir. Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “Təhsilin inkişafında incəsənətin rolunun artması” layihəsinin növbəti tədbiri olub. Bu dəfə şagirdlər öz aktyor bacarıqlarını nümayiş etdiriblər.

Press.az xəbər verir ki, layihə “Azərbaycan İncəsənət Məktəbi” , “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin təstəyilə Bakı şəhəri Yasamal rayonu 53 saylı tam orta məktəb tərəfindən icra olunur. İcra müddəti 6 ayı əhatə edən layihənin məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsidir.

Sözügedən layihədə şagirdlər aktyorluq və nitq bacarıqlarını inkişaf etdiriblər. Demək iştirakçıları tərəfindən hazırlanan Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” və Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşaları nümayiş olundu.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər
OTACI