Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daxili Qoşunların yaranmasından 31 il ötür - FOTO

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili Qoşunların yaranmasından 31 il ötür.

DİN Mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və  Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra Daxili İşlər Nazirliyində Daxili Qoşunların rəhbər heyətinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev də iştirak edib.

Vilayət Eyvazov əlamətdar gün münasibətilə Prezident İlham Əliyevin təbriklərini şəxsi heyətə çatdırıb. Nazir vurğulayıb ki, bu gün Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə

Nazir Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 12 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıb. O bildirib ki, Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr müasir standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.

Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə xidməti peşəkarlıqla davam etdirdiyinu vurğulayan Vilayət Eyvazov hərbi qulluqçuların bundan sonra da asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.

Daxili işlər nazirinin müavini - daxili qoşunlar komandanı general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.

Oxşar xəbərlər
OTACI