Fransa Liqasının 27-ci turunda "Brest"lə keçirilən qarşılaşma PSJ və hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Press.az "Opta"ya istinadən xəbər verir ki, Mbappe 2:1 hesabı ilə qalib gəldikləri oyunda fərqıənməklə PSJ-nin Fransanın yüksək liqasında vurduğu qollarının sayını 3000-ə çatdırıb.
Paris təmsilçisi bu qol sayına çatan 12-ci Fransa klubudur. Bunun üçün PSJ-yə 1858 matç lazım olub.
Qeyd edək ki, Mbappe bu mövsüm Fransa Liqasında 23 oyuna çıxıb, 19 qol vurub və 3 qol ötürməsi edib.