Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda yağış sularından istifadə olunmur - Mütəxəssis

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda yağış sularından istifadə olunmur.

Press.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Aqşin Kərimov deyib.

O, içməli su probleminin həllini yağış sularından istifadədə görür. Mütəxəssis deyir ki, Bakı ərazisində su xətləri, borular təmirsiz, baxımsızdır.

"İstanbulda yağış sularından istifadə olunur, lakin bu üsul Azərbaycanda tətbiq edilmir. Bundan əlavə, Bakıda yeni binalar tikilir. Müasir mühəndislik təklifi ilə yeni binalarda məişətdə yağış sularından istifadə etmək olar. Bizdə isə hər yerdə içməli su sərf edilir. Təsəvvür edin, "moykalar"da nə qədər içməli su israf olunur. Bu istifadəyə su dayanmaz. Bundan əlavə, gəlin baxaq, bizim su boruları nə vəziyyətdədir? Əgər bu borular təzə olsa, su itkisi çox azalar", - deyə A.Kərimov bildirib.

Mütəxəssis deyir ki, çirkli suların təmizlənərək suvarmada, sənaye müəssisələrində istifadə olunması Azərbaycanda da var, lakin istənilən səviyyədə deyil.

"Taxtakörpü su anbarında suyun səviyyəsinin qaldırılması ilə bağlı fikirlər səsləndirilir. Qaldırılsa da, bu, müəyyən müddət olacaq. Yenə həmin problemlə qarşılaşacağıq. Ən müasir sutəmizləmə məntəqələrimiz var, amma lazımı səviyyədə istifadə olunmur. Yollarda su xətlərinin "partlaması" ilə çox rastlaşırıq. Verilən suyun 40 faizi itkiyə gedir. Həll yolu respublikada yağış sularından istifadə etmək və su borularını yeniləməkdir", - deyə mütəxəssis əlavə edib.

Oxşar xəbərlər
OTACI