Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Komitə sədri Tovuzda vətəndaş qəbulu keçirib

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Press.az-ın xəbərinə görə, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə gül dəstələri qoyularaq, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, tikinti məqsədli müraciətlər təhlil edilib, şəhərsalma və torpaq qanunvericiliyinin tələbləri, layihələndirmə norma və qaydalarına dair geniş fikir mübadiləsi aparılıb.

Qəbul zamanı tikinti məqsədli müraciətlər təhlil edilib, şəhərsalma və torpaq qanunvericiliyinin tələbləri, layihələndirmə norma və qaydalarına dair geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Komitə sədrinin Tovuz Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşü baş tutub.

Görüş zamanı Tovuz şəhərinin baş planının icra vəziyyəti, şəhər ərazilərinin inkişafı və abadlaşdırılması ilə bağlı məsələlər müzakirə edilib, növbəti dövr üçün ilkin yol xəritəsi, əsas şəhərsalma istiqamətləri müəyyən edilib.

Oxşar xəbərlər
OTACI