Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azəriqaz" daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi növbəti həftə daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçiriləcək.

Press.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 11:00-dan 12:00-dək Lerik rayonunda (Heydər Əliyev Mərkəzi), 3-cü günü saat 13:00-dan 14:00-dək Lənkəran şəhərində (Lənkəran Regional Mədəniyyət İdarəsi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Masallı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Oxşar xəbərlər
OTACI