Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zəlzələ zamanı Türkiyədə İpək Yolu üzərində yerləşən tarixi körpü dağılıb

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Adıyaman şəhərinin Tut rayonunda yerləşən tarixi Vicina körpüsü Kahramanmaraş zəlzələləri nəticəsində dağılıb.

Göksu çayı üzərində inşa edilən Vicina körpüsü ticarət məqsədli istifadə edilən məşhur İpək Yolu üzərində yerləşir.

Tarixi mənbələrə görə, Osmanlı dövründə tikilən və 18-ci əsrə aid edilən körpü iki tağdan ibarətdir. Uzunluğu 47,5 metr, eni 5,5 metr, hündürlüyü 10,5 metr olan körpünün böyük tağı zəlzələ nəticəsində tamamilə dağılıb. Mədəni sərvət kimi qeydə alınan körpünün yeganə kiçik tağı zəlzələdən sağ çıxıb. Kəndlilər ağaclardan körpüyə keçid yolu düzəldiblər.

Kənd sakinləri körpünün yenidən bərpa olunmasını istəyirlər. “İllərə meydan oxuyan və İpək Yolu üzərində yerləşən bu körpümüzün 18-ci əsrdə Osmanlı dövründə tikildiyi təxmin edilir. O, fevralın 6-da zəlzələ zamanı dağıldı. Bu hadisə bizi çox kədərləndirdi. Dövlət ağsaqqallarımızdan bununla bağlı dəstək gözləyirik. Körpünün bərpa olunmasını istəyirik”, - deyə kənd sakinlərindən biri qeyd edib.

Oxşar xəbərlər
OTACI