Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni ordusu Naxçıvanla sərhəddə nə tikir?

10 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan müdafiə naziri Suren Papikyan sərhəd xəttinin cənub-qərb (Naxçıvan sərhədi – red.) hissəsinə gəlib, döyüş mövqelərinə baxış keçirib.

Press.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüş növbətçiliyinə baxış keçirən nazir şəxsi heyətlə də söhbət edib.

 

Hərbi hissə komandirləri sərhəddəki vəziyyətlə bağlı nazirə məlumat veriblər.

Papikyan şəxsi heyətin döyüş hazırlığının səviyyəsi, məişət şəraiti ilə maraqlanıb, təhlükəsizlik qaydalarına riayət olunması istiqamətində görülən işlər barədə məruzələri dinləyib.

Müdafiə naziri həmçinin cəbhə xəttində yeni infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı işləri də müşahidə edib.

Oxşar xəbərlər
OTACI