Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Doktoranturaya qəbul qaydalarında dəyişiklik olundu

10 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilib.

Press.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, dəyişiklik Azərbaycan Prezidentinin 2022-ci il 26 noyabr tarixli 1888 nömrəli Fərmanına əsasən edilib.

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.7.3-cü yarımbəndinə edilən dəyişikliyə əsasən “Azərbaycan dili” fənnindən fəlsəfə doktoru imtahanının verilməsi tələbi yalnız dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbilər və vətəndaşlığı olmayan iddiaçılar üçün məcburi olacaq.

Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi zərurəti təmin edilib.

Oxşar xəbərlər
OTACI