Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Silahlı insidentdə yaralanan şəxslərin son durumu - YENİLƏNİB

10 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqəli TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

TƏBİB-dən Press.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir.

***

15:42

Kliniki Tibbi Mərkəz Bakıda atışmada yaralanan şəxslərin son durumunu açıqlayıb.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, hazırda yaralıların vəziyyəti stabildir.

"Yaralananların hər ikisinin vəziyyəti orta-ağır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”, - açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün Bakının Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıblar.

Oxşar xəbərlər
OTACI