Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda atışmada yaralananlardan biri Azərbaycan Tibb Universitetinin tələbəsidir

10 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda atışmada yaralanan şəxslərdən biri Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsidir.

Press.az report-a istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə 12:00-da dərsləri bitdikdən sonra universitetdən çıxıb.

Qeyd edək ki, silahlı insidenti paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Hadisə zamanı 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıblar.

Silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxşar xəbərlər
OTACI