Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 2 nəfəri güllələyən şəxs tutuldu - YENİLƏNİB

10 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda silahlı insident törədən şəxs saxlanılıb.

Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

"Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb", - DİN rəsmisi deyib. 

Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.

***

15:17

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

DİN-dən Press.az-a bildirilib ki, hadisə zamanı 2 nəfər xəsarət alıb.

"Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb", - deyə rəsmi məlumatda qeyd olunub.

***

14:50

Bakıda silahlı insident baş verib.

Press.az xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb. Atışma zamanı 3 nəfərin yaralandığı deyilir.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Press.az-a təsdiqləyiblər.

"Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək", - deyə DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

***

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

***

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Press.az-a Baş Prokurorluqdan məlumat verilib.

"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur", - açıqlamada deyilir.

Oxşar xəbərlər
OTACI