Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Latviya Xəzər-Baltik dənizləri arasında yük daşımaq istəyir

10 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan və Latviya Xəzər-Baltik dənizləri arasında yükdaşımaların həyata keçirilməsi ilə bağlı uyğun marşrutların tapılması imkanlarını araşdırır.

Press.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir müavini Rəhman Hümmətovun ölkəmizdə səfərdə olan Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns ilə keçirdiyi görüşdə müzakirə olunub.

Məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat əlaqələri istiqamətində əməkdaşlıq məsələləri, nəqliyyatın rəqəmsallaşdırılması, İKT, kibertəhlükəsizlik, “ağıllı şəhər”lərlə bağlı gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib.

Oxşar xəbərlər
OTACI