Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaradağda 27 yaşlı gənc qətlə yetirilib

10 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşfiq qəsəbəsində 1996-ci il təvəllüdlü qəsəbə sakini Elbrus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987-ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədov saxlanılıb.

Araşdırmalar davam etdirilir.  //press.az 

Oxşar xəbərlər
OTACI