Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mədəniyyət Nazirliyi Xalq artistinə KÖMƏK EDƏCƏK

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xalq artisti Ənvər Həsənova köməklik göstəriləcək.

Press.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

 

“2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılıb və onların istəkləri dinlənilib. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək”, - deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər
OTACI