Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşayeva Nadir Azərini təbrik etdi

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının əməkdar jurnalisti, CASCFEN (“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İB) sədri Nadir Azəri (İsmayılov) ilə görüşüb.

Press.az xəbər verir ki, Nadir Azərinin jurnalistikada uzunmüddətli və səmərəli xidmətlərini xatırladan Komitə sədri onun son vaxtlar həyata keçirdiyi mədəniyətyönümlü layihələr və yaradıcılıq planları ilə tanış olub. Q.Paşayeva N.Azərinin 50 illik yubileyi münasibəti ilə ona Qarabağ motivli xatirə hədiyyəsi və Təbrik məktubu təqdim edib.

 

Qeyd edilib ki, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının) məzunu olan Nadir Azəri 1992-ci ildən etibarən dövri mətbuatda ardıcıl çıxış edir. İlk yazıları Yevlaxın o zamankı “Təşəbbüs” (indiki “Kür”) qəzetində dərc edilib. 1995-ci ildə Gənclər və İdman Nazirliyinin mətbu orqanı olan “P.S. Gənclik” qəzetinin zona müxbiri kimi fəaliyyət göstərib. 1995-1997-ci illərdə “İki sahil”, “Panorama” və digər qəzetlərlə əməkdaşlıq etmiş, 1997-1998-ci illərdə “Bu gün” qəzetində müxbir, baş redaktorun birinci müavini vəzifələrində çalışıb. Daha sonra “Yeni Müsavat”, “Üç nöqtə”, “Press Fakt”, “Mərkəz” və “Xəzər” qəzetlərində müxtəlif vəzifələr daşıyıb.

2009-ci ildən 2021-ci il oktyabrın 11-dək “Yeni Azərbaycan” qəzetində şöbə redaktoru olub. Hazırda “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İB-nin – CASCFEN-nin başqanı, “Bayraqdar Media”nın baş redaktor müavinidir.

Əməkdar jurnalist N.Azəri görüş və təbrik üçün Q.Paşayeva və F.Əliyevə təşəkkür edib.

Oxşar xəbərlər
OTACI