Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən il Azərbaycanda 17 sürücü qəza nəticəsində həyat yoldaşlarını itirib

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən il Azərbaycanda 17 sürücü qəza nəticəsində həyat yoldaşlarını itirib.

Press.az xəbər verir ki bu barədə report-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, respublika və paytaxt ərazisində sürücülərin yol hərəkəti qaydalarına ciddi əməl etməsi ilə bağlı aparılan təbliğata baxmayaraq, 2022-ci il ərzində yollarda baş verən yol-nəqliyyat hadisələri təhlil edilən zaman təəssüf doğuran statistik rəqəmlər ortaya çıxır:

"2022-ci il ərzində yol verilən qayda pozuntuları zaman baş verən qəzalarda 17 sürücü həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub".

"Əlbəttə, heç bir yol-nəqliyyat hadisəsi bilərəkdən və istəyərəkdən törədilmir, lakin məsuliyyətsizlik, intizamsızlıq səbəbindən baş verir. Bütün bu hadisələrin hüquqi məsuliyyətindən daha ağırı isə doğmalarını itirənlərin ömür boyu çəkdiyi vicdan əzabıdır. Belə bir halların yaşanmaması üçün hər kəs yol hərəkəti qaydalarına ciddi riayət etməlidir", - DYP rəsmisi vurğulayıb.

Oxşar xəbərlər
OTACI