Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Allahşükür Paşazadə Hacı Şahin üçün ehsan verdi

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə QMİ-nin Qazılar Şurasının üzvü Hacı Şahin Həsənlinin anım mərasimi keçirilib.

Press.az xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, sədrin birinci müavini, müfti Salman Musayev, mərhumun ailə üzvləri, Azərbaycanın müxtəlif regionlarından olan din xadimləri və alimlər iştirak ediblər.

Tədbirdə mərhumun ruhuna Qurani-Kərim oxunub, dualar edilib, ehsan verilib.

Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli martın 2-də 48 yaşında vəfat edib. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib. QMi sədri A.Paşazadə ABŞ-da səfərdə olduğundan Hacı Şahinin dəfn və yas mərasimində iştirak etməyib.

Oxşar xəbərlər
OTACI