Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qızın dalınca gedib, ordan dostlarına yazıb ki..." - İranda itkin düşən Azərbaycan vətəndaşının anası DANIŞDI

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb.

Press.az xəbər verir ki, bu barədə “Report”a onun anası Dilarə Əskərova məlumat verib.

Fəridin anası bildirib ki, oğlu fevralın 20-də iki həftəlik İstanbula getmək adı ilə evdən çıxıb:

"İrana səfəri barədə dostlarına əvvəldən məlumat versə də, mənim xəbərim olmayıb. Hər gün telefonla əlaqə saxlasaq da, həmin müddətdə İranda olduğunu bilməmişəm. Oğlumun təhsil aldığı Jena şəhərində yerləşən universitetdə iranlı həkim xanım təcrübə keçib və sonra ölkəsinə qayıdıb. İstanbulda da guya həmin xanımla görüşməli imiş. Oğlum İstanbula gedib, amma qız gəlməyib. O da ayın 20-si qızın dalınca İrana gedib".

"Martın 3-ü və ya 4-də dostlarına zəng edib ki, “kartım burda işləmədiyindən mənə geri-dönüş bileti alın”. Onlar da 5-dən 6-na keçən gecə üçün Tehran-Berlin-İstanbul bileti alıb. Lakin oğlum İrandan çıxmayıb. Martın 3-ü axşamdan telefonu sönüb. Heç bir sosial şəbəkədə yoxdur" - D.Əskərova əlavə edib.

Hadisə ilə əlaqəli rəsmi olaraq Azərbaycanın Almaniyadakı Səfirliyinə və ölkəmizin Xarici İşlər Nazirliyinə müraciət etdiyini deyən Dilarə Əskərova vurğulayıb ki, oğlu barədə hələ heç bir xəbər yoxdur:

D.Əskərova "Fərid Səfərlinin itkin düşməsi Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla əlaqəli ola bilərmi?" sualına isə belə cavab verib: "Bu da bir ehtimal ola bilər. Amma ümumilikdə Fərid siyasət adamı deyil, İran əleyhinə heç bir paylaşımları da olmayıb”.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) isə cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar araşdırma aparılır, məlumat veriləcək.

 

Oxşar xəbərlər
OTACI