Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NDU ilə Vəkillər Kollegiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Azərbaycan Vəkillər Kollegiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Press.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvləri universitetdə professor-müəllim heyəti və tələbələrlə görüşüb, müzakirələr aparıblar.

NDU-nun rektoru Elbrus İsayev Hüquq fakültəsi barədə məlumat verərək bildirib ki, fakültə 1996-cı ildən universitetdə fəaliyyət göstərir. Hazırda 154 əyani, 701 qiyabi, əlavə təhsildə 229 tələbə olmaqla, ümumilikdə 514 tələbə Hüquq fakültəsində təhsilini davam etdirir. 1996-cı ildən bu günə kimi 3126 tələbə fakültədən məzun olub.

Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edib. Onun sözlərinə görə, çox sevindirici haldır ki, Azərbaycanda belə müasir, inkişaf etmiş ali təhsil müəssisələri fəaliyyət göstərir.

Çıxışdan sonra Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub.

Təqdimatından sonra tələbələrin sualları cavablandırılıb.

Sonra NDU ilə Azərbaycanın Vəkillər Kollegiyası arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

Universitetin rektoru Elbrus İsayev və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov qarşılıqlı hədiyyələr təqdim ediblər.

Xatirə fotosu çəkdirilib.

Oxşar xəbərlər
OTACI