Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qanunsuz ov edənlər aşkarlanıb

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib.

Press.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev report-a açıqlamasında bildirib ki, körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 1764 metr uzunluğunda 18 ədəd sintetik tor yığışdırılıb.

“Eyni zamanda keçirilən nəzarət tədbirləri zamanı “Kiçik Körfəz” ərazisində qanunsuz balıq ovlayan Masallı rayon sakini Rövşən Ağacanov saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb”, - Xidmət rəisi vurğulayıb.

Oxşar xəbərlər
OTACI