Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident: "Azərbaycan beynəlxalq yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrilib"

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı öz evindən didərgin düşmüşdü, onlar çadır şəhərciklərində yaşayırdı.

Press.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Səudiyyə BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edərkən xatırladıb.

O zaman Azərbaycanın iqtisadi durumunun aşağı səviyyədə olduğunu və ölkəmizin çox ciddi çətinliklərlə üzləşdiyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, həmin dövrdə Azərbaycana beynəlxalq təsisatlar tərəfindən dəstək göstərilib. Prezident İlham Əliyev bu xüsusda da Azərbaycanın beynəlxalq səviyyədə yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrildiyini vurğulayıb.

Azərbaycan Prezidenti söhbət əsnasında ölkəmizin BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini qeyd edib.

Oxşar xəbərlər
OTACI