Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Doğmalarının ölümünə səbəb olan sürücülərin statistikası AÇIQLANDI - FOTO

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən il baş verən qəzalarda əzizlərinin ölümünə səbəb olan sürücülərin statistikası açıqlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat paylaşıb. 

“2022-ci il ərzində yol verilən qayda pozuntuları zaman baş verən qəzalarda 17 sürücü öz həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub. 

Əlbəttə, heç bir yol-nəqliyyat hadisəsi bilərəkdən və ya istəyərəkdən törədilmir. Məsuliyyətsizlik, intizamsızlıq səbəbindən baş verir.  Bütün bu hadisələrin hüquqi məsuliyyətindən daha ağırı isə doğmalarını itirənlərin ömür boyu çəkdiyi vicdan əzabıdır. Belə bir halların yaşanmaması üçün hər kəs yol hərəkəti qaydalarına ciddi riayət etməlidir”, - deyə o qeyd edib. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2022-ci ildə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub.

Onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş verib, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Oxşar xəbərlər
OTACI