Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı-Xırdalan-Bakı istiqamətində əlavə ikinci qatar reysə buraxılacaq: YENİ CƏDVƏL

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) martın 11-dən Bakı-Xırdalan-Bakı istiqamətində qısaldılmış marşrut üzrə əlavə ikinci qatarı reysə buraxacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları’’ QSC məlumat yayıb.

Məlumata görə, bununla da, sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılması təmin ediləcək, turniketlərdə sıxlıq əhəmiyyətli dərəcədə azaldacaq.

Bundan başqa, səhmdar cəmiyyəti qatarların yolda olma vaxtlarının hərəkət sürətlərinə uyğunlaşdırılması, sərnişinlərin vaxtında mənzil başına çatdırılması, sərnişin sıxlığının qismən tənzimlənməsi üçün martın 11-dən Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlini dəyişəcək. Yenilənmiş hərəkət cədvəlini ADY-nin korporativ veb-səhifəsindən (www.ady.az), Bakı Dəmiryol Vağzalından, Abşeron dairəvi dəmir yolu üzrə stansiya və dayanacaqlardan, həmçinin elektrik qatarların monitorlarından əldə etmək olar.

Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir.

ADY sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də planlaşdırır. Belə ki, 2023-2024-cü illərdə 10 ədəd “Stadler FLIRT” tipli sərnişin qatarının alınması Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.

 

Oxşar xəbərlər
OTACI