Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hərracda 46 dövlət əmlakı özəlləşdirilib

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Martın 7-də keçirilən hərracda 46 dövlət əmlakı özəlləşdirilib. Avtomobillərin əksəriyyəti rəqabətli şəkildə satılıb. 

Press.az xəbər verir ki, bu barədə oxu.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. 

Bildirilib ki, martın 7-də keçirilmiş hərracda bir kiçik dövlət müəssisəsi və obyekti, 45 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 347 sifariş qəbul edilib, bunun 49-u elektron qaydada həyata keçirilib.

Özəlləşdirilən obyekt Şirvan rayonunda yerləşən 27 saylı mağazadır. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 26 000 manata satılıb.  

Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 7 800 manat olan “Land Rover” markalı avtomobilə edilən ən son təklif 22 000 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 5 500 manat olan QAZ-3302-14 markalı nəqliyyat vasitəsi 12 055 manata satılıb.

7 mart hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 323 760 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33ihWp)   

Oxşar xəbərlər
OTACI