Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib - YENİLƏNİB + VİDEO

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşən 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlunun sol ayağı amputasiya edilib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

14:07

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda sakinin minaya düşməsi ilə bağlı açıqlama yayıb. 

ANAMA-nın Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 2023-cü il 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb. 

Hadisə ilə bağlı qurum tərəfindən araşdırma aparılır. 

Araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

13:50

Martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Oxşar xəbərlər
OTACI