Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Metroda cibgirlik edənlər tutulublar

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İctimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, Metropolitendə Polis İdarəsinə ayrı-ayrı vaxtlarda qatarda iki sərnişinin mobil telefonlarının cibgirlik yolu ilə talanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Əli İsayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. //Press.az

Oxşar xəbərlər
OTACI