Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhəri, Binəqədi rayonunda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

Press.az "Report"-a istinadən  xəbər verir ki, hadisə ötən gün rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI