Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Latviya Agentliyi ilə AZPROMO arasında anlaşma memorandumu imzalanacaq

08 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Latviya İnvestisiya və İnkişaf Agentliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında anlaşma memorandumu imzalanacaq. Bu, əməkdaşlığımızın, sıx iqtisadi-ticarət əlaqələrimizin bariz nümunəsi olacaqdır.

Press.az Trend-ə istinadən bildirir ki, bunu çərşənbə günü Bakıda Latviya və Azərbaycanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Latviya Respublikasının Prezidenti Egils Levits deyib.

"Bu, ticarət əlaqələrimizin inkişafı üçün hüquqi baza rolunu oynayacaq. Bu sənəd Azərbaycanda Latviya şirkətləri və Latviyada Azərbaycan şirkətləri üçün daha geniş imkanlar yaradacaq", - Egils Levits bildirib.

Onun sözlərinə görə, Latviya həm də nəqliyyat və logistika sahəsində əməkdaşlıqda maraqlıdır, çünki ölkə Avropanın şimalında inkişaf edən iqtisadiyyatdır.

Oxşar xəbərlər
OTACI