Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məhkəmədə PSJ-yə qalib gəldi

08 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PSJ-nin keçmiş futbolçusu Hatem Ben Arfa kluba qarşı məhkəmədə qalib gəlib.

Press.az xəbər verir ki, bu barədə "Get French Football News" məlumat yayıb. Tunis əsilli fransız yarımmüdafiəçi 2016-2018-ci illərdə Paris təmsilçisində oynayıb. O, PSJ prezidenti Nasser Əl-Xelaifini qəzəbləndirən Qətər əmiri haqqında alçaldıcı fikir söylədikdən sonra bir ildən çox müddətdə oynamayıb və sonra onunla yollar ayrılıb.

 

Futbolçu 7-8 milyon avro məbləğində təzminat almaq istəyib. O oynasaydı, yaxşı bonuslar alacağını iddia edib. Ben Arfa PSJ-də bütün yarışlarda 32 oyun keçirib, 4 qol vurub və 7 qolun ötürməsini verib.

Paris Apellyasiya Məhkəməsi PSJ-ni psixoloji təzyiqdə və ödənilməmiş hesablarda günahkar bilib və klubun Ben Arfaya 100 min avrodan bir qədər çox təzminat ödəməsinə qərar verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI