Şuşa şəhəri Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşıb.
Press.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" nəşri məlumat yayıb.
Daşkənd şəhərində Özbəkistan-Azərbaycan birinci regionlararası forumu çərçivəsində iki ölkənin digər şəhərləri də qardaşlaşıb. Belə ki, Lənkəran – Buxara, Şəki – Kokand, Gəncə - Səmərqənd şəhərlərinin qardaşlaşması barədə sənəd imzalanıb.