Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həyat bahasına başa gələn səhvlər: Bakı sakinlərinin zəlzələdən qorxmaq üçün səbəbləri

07 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu. İndi belə müraciətlər almırıq”.

Bunu ötən gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, müraciətlər olanda mərkəzin əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, bir neçə ildir, reaksiya verən yoxdur.

Türkiyədə fevralın 6-da baş verən zəlzələdən sonra sosial şəbəkələrdə sakinlər paylaşımlar edirlər. Bəziləri binaların keyfiyyətsiz materiallardan inşa edildiyini, bəziləri isə konstruksiyaya müdaxilə olunduğunu deyirlər. Sakinlər pula görə ustaların ucuz materiallara üz tutduqlarını, bu səbəbdən də binanın zəlzələdən tamam yararsız hala düşdüyünü qeyd ediblər.

Oxşar xəbərlər
OTACI