Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biləsuvarda ana və övladları dəm qazından zəhərləniblər

07 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvar rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Press.az “Report” -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü G.Məmmədova və onun övladları: 2007-ci il təvəllüdlü M.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədova və 2012-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərləniblər.

Onlar rayon xəstəxanasına aparılıblar. Məlumata görə, ailə üzvləri İran istehsalı olan sobadan sızan dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI