Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yevlaxda ötən il itkin düşmüş şəxsin meyiti tapılıb - FOTO

06 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yevlaxda ötən il itkin düşmüş şəxsin meyiti tapılıb.

Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Belə ki, ötən il rayon sakini 1983-cü il təvəllüdlü Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI