Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin tapşırığı ilə Azərbaycanın xilasetmə qrupu Türkiyəyə çatıb - YENİLƏNİB

06 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını daşıyan təyyarə Adana şəhərinə çatıb.

Press.az xəbər verir ki "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, təyyarə Adanada Şakir Paşa Hava Limanına eniş edib.

Daha sonra FHN əməkdaşları xilasetmə işləri ilə bağlı zəlzələnin baş verdiyi ərazilərə yollanacaq.

13:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

"Report"un Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.

Oxşar xəbərlər
OTACI