Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə zəlzələ baş verən bölgələrdə məktəblər bağlandı

06 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə zəlzələdən sonra təbii fəlakətin baş verdiyi bütün bölgələrdə məktəblər bağlanıb.

Zəlzələdən əvvəl Qaziantep, Adıyaman, Malatya və Kahramanmaraşda qar yağması və əlverişsiz hava şəraiti səbəbindən təhsil dayandırılmışdı. Zəlzələdən sonra sözügedən vilayətlərdə məktəblər birgünlük bağlanıb.

Kahramanmaraşda baş verən və digər vilayətlərdə də təsirli olan 7,4 bal gücündə zəlzələdən sonra Adana və Mersin valilikləri də 6 fevral bazar ertəsi günü bütün təhsil müəssisələrinin bağlandığını açıqlayıb.

Qaziantep valisi Davud Gül açıqlama verərək bildirib:

“Qaziantepdə güclü qar yağması səbəbindən bütün təhsil müəssisələri və reabilitasiya mərkəzləri 6 fevral bazar ertəsi günü birgünlük bağlandı. Sağlamlıq imkanları məhdud şəxslər və hamilə olan ictimai işçilər inzibati məzuniyyətdə sayılacaq. Qartopu oynayın və kitab oxuyun”.

Oxşar xəbərlər
OTACI